Ermənistanda olan KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Cermuka işgüzar səfər edib. “Armenpress”in müxbirinin Cermukdan verdiyi məlumata görə, KTMT-nin baş katibi yerli hakimiyyət orqanları və Silahlı Qüvvələrin nümayəndələri ilə bir sıra görüşlər keçirib.
İmanqali Tasmaqambetov səfəri zamanı Cermuk icmasının 2022-ci ilin sentyabrında Azərbaycanın başlatdığı hərbi əməliyyatlar nəticəsində zərər çəkmiş yerlərinə baş çəkib.
KTMT-nin baş katibi vəziyyətlə yerindəcə tanış olub.
KTMT-nin baş katibi Ermənistana iki günlük səfərə gəlib. Səfər çərçivəsində İmanqali Tasmaqambetovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşü olacaq.