Hökumətin iclası zamanı ER Baş naziri Nikol Paşinyan Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.
“Düşünürəm ki, faktaraşdırıcı missiya Azərbaycan tərəfindən Ermənistanın Dağlıq Qarabağda ordusunun olması və Ermənistandan Dağlıq Qarabağa hərbi nəqliyyatın həyata keçirilməsi ilə bağlı irəli sürülən əsassız iddiaları aradan qaldırmaq üçün vacibdir”, – Paşinyan bildirib.
Paşinyan bu iddiaların əsassız olduğunu vurğulayıb. Baş nazirin sözlərinə görə, Azərbaycan bunları regionda hərbi eskalasiya üçün yeni bəhanə etməyə çalışır.
“Ona görə də beynəlxalq faktaraşdırıcı missiyanın Dağlıq Qarabağ və Laçın dəhlizinə göndərilməsi də bu baxımdan zəruridir.
Dekabrın 6-da Praqada Fransa Prezidentinin, Avropa İttifaqı Şurasının sədrinin, Azərbaycan prezidentinin və mənim görüşüm zamanı da bu mövzuda söhbət oldu. Azərbaycan prezidenti iddia edirdi ki, Ermənistanın Dağlıq Qarabağda ordusu var, mən də dedim ki, yoxdur. Məsələni aydınlaşdırmaq üçün DQ-ya beynəlxalq faktaraşdırıcı missiya göndərməyi təklif etdim. Azərbaycan prezidenti bundan imtina etdi”, – Paşinyan bildirib.
Paşinyan xatırladıb ki, Dağlıq Qarabağda Müdafiə Ordusu var və nə qədər ki, Dağlıq Qarabağ əhalisi üçün etnik təmizləmə və soyqırım təhlükəsi var, o ordunun mövcudluğu doğrudur.
“Amma Müdafiə Ordusu Dağlıq Qarabağ xalqının soyqırımının qarşısının alınması üçün yeganə mexanizm deyil. Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı qüvvələri də belə bir mexanizmdir”,- o qeyd etdi.