Xəbər verdiyimiz kimi, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bu gün Cermuka işgüzar səfər edib.
Cermuk icmasının rəhbəri Vahagn Arsenyan bildirib ki, İmanqali Tasmaqambetovla birlikdə yüksək rütbəli hərbçilərin müşayiəti ilə sentyabr təcavüzündən zərər çəkmiş ərazilərə baş çəkiblər.
“Görüşdə şəhərin iqtisadiyyatına dəymiş ziyan, sakinlər üçün yaradılmış çoxsaylı sosial-psixoloji problemlər təqdim edilib.
Qeyd edilib ki, hərbi əməliyyatlar zamanı Cermukun sanatoriya və qonaq evlərində çoxlu turistlər olub, təkcə hərbi mövqelər deyil, mülki infrastrukturlar da Azərbaycan təcavüzünün hədəfində olub”, - deyə Arsenyan fotoları dərc edərək “Facebook”da yazıb.