Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər aldıq. Beləliklə, müqavilə layihəsi üzrə müzakirələrin 4-cü mərhələsinə girdik.
Bunu hökumətin iclasında ER Baş naziri Nikol Paşinyan bildirib.
“Biz bunu müzakirə edəcəyik və yaxın zamanda öz mövqeyimizi təqdim edəcəyik. Biz sülh gündəminə sadiqik”,-deyə Baş nazir vurğuladı.
Paşinyan beynəlxalq ictimaiyyətin diqqətini 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın 8-ci bəndinə baxmayaraq, Azərbaycan tərəfinin indiyədək erməni əsirləri, girovları və digər saxlanılan şəxsləri geri qaytarmadığına yönəldib.
O həmçinin qeyd edib ki, Azərbaycan 1994-cü, 2021-ci və 2022-ci illərdə törətdiyi təcavüz nəticəsində işğal etdiyi ER suveren ərazilərini bugünədək işğal altında saxlayır.