Nikol Paşinyan qeyd etdi ki, Azərbaycan Bakı-Stepanakert dialoqunun dayandırılması üçün hər şeyi edir.
“Beynəlxalq səviyyədə əldə olunmuş razılaşmalara zidd olaraq, Azərbaycan cəmi 2 görüşdən sonra Dağlıq Qarabağ erməniləri ilə reinteqrasiya mövzusunu müzakirə edəcəyini bəyan edir. Lakin beynəlxalq razılaşma ondan ibarətdir ki, müzakirə Dağlıq Qarabağ xalqının hüquqları və təhlükəsizliyi ilə bağlı olmalıdır”, - Paşinyan bildirib.
Bunun fonunda, Stepanakert-Bakı dialoqunun beynəlxalq mexanizminin işə salınması daha vacib olur.