Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iclası açıq elan edib.
İclas Türk Dövlətləri Təşkilatının (TDT) 16 mart 2023-cü il tarixində “Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” mövzusunda Ankarada keçiriləcək Fövqəladə Zirvə görüşü çərçivəsində baş tutur.