Türkiyənin Şanlıurfa bölgəsində sel nəticəsində ölənlər var. Selin apardığı 5 nəfər ölüb.
Sel nəticəsində xəstəxanaları da su basıb, məktəblərdə tətil elan edilib.
Qeyd edək ki, Türkiyənin zəlzələdən zərər görmüş bölgələrində güclü yağışlar davam edir, Şanlıurfa və Adıyamanda da sel baş verib.
Hava şəraiti ilə əlaqədar ötən gündən "narıncı" xəbərdarlıq elan edilib.