Artsax Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin son açıqlamalarına münasibət bildirib.
Qeyd edilib ki, Azərbaycan tərəfinin Azərbaycan-Qarabağ münaqişəsinin həll olunduğu və artıq beynəlxalq gündəmdə olmaması, Laçın dəhlizinin açıq olması ilə bağlı iddiaları reallığa uyğun gəlmir:
“Fakt budur ki, 2022-ci ilin dekabr ayında beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan BMT Təhlükəsizlik Şurası Laçın dəhlizinin blokadası ilə bağlı vəziyyəti müzakirə edərək, Azərbaycan tərəfinin münaqişə məsələsinin beynəlxalq gündəmdən çıxması ilə bağlı iddialarını təkzib edib”.
Artsax XİN bəya edir ki, rəsmi Stepanakertlə beynəlxalq dialoq mexanizmini rədd edən Azərbaycan mümkün razılaşmaların həyata keçirilməsindən yayınmağa çalışır, beynəlxalq ictimaiyyətin Artsax və Azərbaycan arasında dialoqa cəlb olunması is əmünaqişənin hərtərəfli həllinə zəmanət verən yeganə yoldur.
“Artsax tərəfi Azərbaycanın münaqişənin mahiyyətini təhrif etmək və onu daxili problem kimi təqdim etmək cəhdlərini qəti şəkildə rədd edir,- deyə qeyd olunubş
Bildirilib ki, Azərbaycan tərəfi Ermənistanın silahlı qüvvələrini tam olaraq geri çəkmədiyi və Artsaxa silah və sursat tədarükünü davam etdirdiyi barədə saxta ittihamlar irəli sürməkdə davam edir: “Qeyd edək ki, Artsax Respublikasının yerli sakinlərdən ibarət Müdafiə Ordusu var, onun olması 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın heç bir müddəasına zidd deyil və Artsax xalqının təhlükəsizliyinin əsas təminatıdır. Azərbaycanın Artsax Müdafiə Ordusuna qarşı kampaniyası onunla şərtlənir ki, Bakı Artsax ermənilərini cinayətkar özünümüdafiə və etnik təmizləmə proqramlarına müqavimət göstərmək imkanından məhrum etməyə çalışır”.