Rusiya sülhməramlı qüvvələri ötən gün ərzində Martuni rayonunda atəşkəs rejiminin pozulması faktını qeydə alıb, zərər çəkənlər yoxdur. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi bildirdi.
“Bu faktla bağlı Rusiya sülhməramlı qoşunlarının komandanlığı Azərbaycan və erməni tərəfləri ilə birgə araşdırma aparır”, - Rusiya Müdafiə Nazirliyinin saytında deyilir.
Qeyd olunur ki, Rusiya sülhməramlıları vəziyyətə gecə-gündüz nəzarət edir və otuz müşahidə məntəqəsində atəşkəs rejiminin saxlanmasına nəzarət edir.