Eskalasiya təhlükəsi heç vaxt dayanmayıb, biz bunu həmişə bəyan etmişik, qonşu dövlətimizin rəhbərinin bəyanatlarını, o cümlədən aqressiv ritorikasını nəzərə alaraq, təbii ki, ayıq-sayıq olmalı, ölkəmizin sərhədlərini qorumağa hazır olmalıyıq. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan Parlamentdə jurnalistlərə verdiyi brifinqdə bildirib.
Suren Papikyan Dağlıq Qarabağ və Ermənistan sərhədində yığılmalarla bağlı məlumatlara istinad edərək bildirib ki, Müdafiə Nazirliyi daim bəyanatlar verir, Rusiya sülhməramlıları bu barədə hər gün mesajlar yayırlar.
“ER sərhədlərinə gəlincə, hazırda heç bir yığılma qeydə alınmır, lakin bu o demək deyil ki, biz sayıqlığımızı dayandırmalı və ya azaltmalıyıq. Biz sülh gündəmimizdən yayınmırıq, lakin bu o demək deyil ki, ölkəmizin sərhədləri və ya ərazi bütövlüyü müzakirə oluna bilər”, - deyə Suren Papikyan bildirib.