Ermənistanın Dağlıq Qarabağda ordusu yoxdur. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Azərbaycan haqq qazandırmağa çalışır ki, Dağlıq Qarabağın Müdafiə Ordusu buraxılmalıdır, mövcud olmamalıdır. Əgər Dağlıq Qarabağda erməni soyqırımı təhlükəsi olmasa, ən azı o miqyasda müdafiə ordusuna ehtiyac qalmayacaq. Təsəvvür edirsiniz ki, onlar bu vəziyyətdə o ordunu saxlamaq üçün milyardlar xərcləyirlər?”, - deyə Paşinyan bildirib.
Paşinyanın fikrincə, Dağlıq Qarabağda MO-nun mövcudluğu Azərbaycanın soyqırıma və etnik təmizləməyə hazırlığının ən böyük sübutudur.
Paşinyan eskalasiya olacağı təqdirdə Ermənistanın rolu nə olacaq sualına belə cavab verib:
“Noyabrın 9-da üçtərəfli bəyanatla Dağlıq Qarabağın yeni təhlükəsizlik arxitekturası yaradıldı. O, Rusiya Federasiyası Prezidentinin fərmanı ilə, Rusiya Federal Şurasının qərarı ilə yaradılmış, ictimai sənədlərdir.
Bəli, Rusiya Federasiyası həm üçtərəfli bəyanat ilə, həm də siyasi müstəvidə DQ-nin təhlükəsizliyinin təminatçısı rolunu öz üzərinə götürdü. Rusiya bu rolu oynamalıdır”.