Nikol Paşinyan Rusiya Prezidenti Vladimit Putinlə telefon danışığına toxunub. O qeyd etdi ki, dünənki söhbət əsasən Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi təhlükəsi ilə bağlı idi:
“Məlumatlarımı, təəssüratımı çatdırdım. Mən onu da vurğuladım ki, hesab edirəm ki, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasınd problemlər var”,- deyə o qeyd etdi.
Xatırladaq ki, dünən Nikol Paşinyanla Vladimir Putin arasında telefon danışığı olub.