Bugünkü mətbuat konfransında ER baş naziri Ermənistanın Rusiya ilə münasibətlərini səmimi kimi xarakterizə edib. O, bu münasibətlərdə böhran görmədiyini vurğulayıb.
“Biz danışırıq, müzakirə edirik və problemlərin olduğunu qeyd edirik. Problemlərin bəziləri obyektivdir. Onlar münasibətlərə böhranlı təsir göstərmək üçün subyektiv deyillər”, - deyə Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, münasibətlər normal vəziyyətdədir, bu, hər iki tərəfdə narahatlığın olmaması demək deyil.