Nikol Paşinyan bu gün qeyd etdi ki, indi həm Ermənistanla sərhəddə, həm də Dağlıq Qarabağda eskalasiya ehtimalı çox yüksəkdir.
O qeyd etdi ki, Praqa görüşü zamanı Dağlıq Qarabağd vəziyyəti yerindəcə qiymətləndirmək və hesabat hazırlamaq üçün beynəlxalq missiyanın Artsaxa göndəriliməsini təklif etdi.
“Bu məsələnin həlli olardı. Azərbaycan bu variantı rədd etdi. Bu, nəzərə alınmalı vacib bir haldır və indi hesab edirəm ki, beynəlxalq ictimaiyyət yeni eskalasiya riskinin çox yüksək olduğunu qeyd etməlidir. Laçin dəhlizinin bağlanmasını və Dağlıq Qarabağda humanitar böhranın mövcudluğunu, eləcə də Azərbaycanın etnik təmizləmə aparmağa açıq-aşkar hazırlıqlarını nəzərə alaraq, bizim mövqeyimiz belədir ki, Dağlıq Qarabağa və Laçin dəhlizinə beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi çox məqsədəuyğundur”,- Paşinyan vurğualdı.