Hazırda heç bir görüş nəzərdə tutulmur. Nikol Paşinyan jurnalistlərdən birinin Brüsseldə Paşinyan-Əliyev görüşünün olacağına dair sualına cavab olaraq bildirib.
“Əgər Azərbaycan eskalasiyaya haqq qazandırmaq üçün danışıqlardan istifadə edirsə, bu, bizim üçün məqbul deyil. Danışıqlar sabitliyin təminatına çevrilməlidir”, - deyə baş nazir bildirib.
Paşinyan bir daha qeyd edib ki, sənədlər imzalamaq üçün məsuliyyət götürməyə hazırdır.
Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə fəal müzakirələrin aparıldığı Brüssel formatı ilə bağlı narahatlığını bildirib.
“Problem ondadır ki, biz çox şeyləri razılaşdırmışıq, amma demək olar ki, heç nə həyata keçirilməyib. Brüssel formatı ilə əlaqədar biz əsirlərin azad edilməsi və qaytarılması da daxil olmaqla, həyata keçirilməyən on, hətta onlarla, ən azı ondan çox belə razılaşmaya nail olmuşuq.
İkinci bir nüans var: danışıqlar olmadıqda eskalasiya riski artır. Amma Brüssel bizə göstərdi ki, elə danışıqlar var ki, eskalasiya riskini nəinki azaltmır, hətta artırır. Diqqəti cəlb etmək istəyirəm ki, 13 sentyabr genişmiqyaslı hücum Brüsseldəki görüşdən 13 gün sonra baş verdi”.
Onun sözlərincə, Ermənistan Brüssel formatda işi davam etdirməyə razıdır, amma yeni razılaşmalardan əvvəl artıq razılaşdıqları bəndləri həyata keçirməyə başlamaq lazımdır.
O, Aİ-nin vasitəçiliyi ilə bağlı aşkar faktın olduğunu vurğulayıb.
“Bizim Brüsseldə daha az effektli görüşlərimiz oldu və Praqada dördtərəfli formatda bəlkə də ən effektiv danışıqlarımız oldu və bu, konkret nəticələrlə nəticələndi. İndi Azərbaycan deyir: Mən effektiv formatda işləməyə hazır deyiləm, amma onlar qeyri-effektiv formatda işləməyə hazırdırlar. Azərbaycan Fransanın vasitəçiliyini, dördtərəfli məntiqini bəyənmir və orada həll yolu var. beştərəfli görüş edək, məsələn, Almaniya və ABŞ-ı dəvət edək. Biz hazırıq.
Biz gələcək danışıqlar prosesinə hazırıq”, - deyə Nikol Paşinyan bildirib.