Biz hər gün Artsax prezidenti ilə əlaqə saxlayırıq və təşəbbüskar da mənəm. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Baş nazir vurğulayıb ki, Rusiya sülhməramlıları ilə bağlı fikir ayrılığı yoxdur.
“Başqa məsələlərdə təbii ki, müxtəlif baxışlar var, çünki o, Dağlıq Qarabağın prezidentidir, mən Ermənistanın baş naziriyəm. Qorxacaq nə var?”,- deyə o qeyd edib.
Onun sözlərincə, mübahisə var, söhbət var, müzakirə var, lakin bu şəxsi və iş münasibətlərimizə təsir edirsə, ancaq müsbət təsir edir.