Bugünkü mətbuat konfransında ER baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Moskvaya səfər etməyi planlaşdırır.
O, Mirzoyanın Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla razılaşdırılmış Moskva səfərini ləğv etməsi məsələsinə də toxunub.
“Həmin görüşün keçirilməməsi görüşün boykot edilməsi ilə deyil, kəskin böhranla bağlı idi. Belə vəziyyətdə nazirin Yerevanda olması zəruri idi”, - deyə Paşinyan bildirib.
O, görüşün ləğv olunmadığını vurğulayıb.