Martın 13-də TŞ katibi Armen Qriqoryan “Rasmusen Global” konsaltinq şirkətinin təsisçisi-direktoru Andres Foq Rasmuseni qəbul edib.
ER Təhlükəsizlik Şurasının ofisi xəbər verir ki, tərəflər beynəlxalq və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Təhlükəsizlik Şurasının katibi regionumuzdakı təhlükəsizlik problemlərini təqdim edib və təhlükəsizliyin təmin edilməsində ER-nin demokratikləşmə istiqamətində səylərini vurğulayıb.
Həmsöhbətlər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Azərbaycanın Laçın dəhlizinin qanunsuz blokadaya alınmasının yaratdığı böhrana toxunulub.
Aİ-nin Ermənistandakı mülki missiyasının fəaliyyətinə də toxunulub.