Baş nazir Nikol Paşinyan “Rasmusen Global” beynəlxalq siyasi məsləhətçi təşkilatının təsisçi sədri, NATO-nun keçmiş baş katibi Anders Foq Rasmuseni və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nikol Paşinyan və Anders Foq Rasmusen fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdikləri görüşü böyük məmnuniyyətlə xatırladılar.
Həmsöhbətlər regional hadisələr və təhlükəsizlik çağırışları barədə fikir mübadiləsi aparıblar.
Cənubi Qafqazda təhlükəsizlik və sabitliklə bağlı məsələlər müzakirə edilib, bu istiqamətdə hər iki tərəfin davamlı səyləri vurğulanıb.