Ermənistan Respublikasının xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələsi ilə bağlı bəyanatına cavab verib.
“Hacıyev bəyan edir ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları üçün beynəlxalq mexanizmlər olmayacaq. O, bunun Azərbaycanın daxili işi olduğunu iddia edir. Mən bir daha xatırlatmalıyam. İkinci Dünya Müharibəsindən sonra əsas insan hüquq və azadlıqları, minlərlə insanın təhlükəsizliyi daxili məsələ hesab edilmir”, - Marukyan özünün “Twitter” mikrobloqunda yazıb.
Azərbaycan prezidentinin köməkçisi bəyan edib ki, Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili məsələsidir və bu, respublikanın konstitusiyasına və qanunlarına uyğun olaraq həll olunacaq:
"Azərbaycan öz suverenliyi ilə bağlı məsələləri Ermənistan da daxil olmaqla, üçüncü tərəflə müzakirə etməyəcək", - Hacıyev bildirib və əlavə edib ki, Artsax ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirəsi üçün beynəlxalq mexanizmin yaradılması Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalaması üçün şərt ola bilməz.