Martın 9-da Brüsseldə Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 3-cü sessiyası keçirilib. Bu barədə deputat Arman Yeqoyan bildirdi.
İclasın yekunu olaraq Parlament Tərəfdaşlıq Komitəsi bəyanat qəbul edib. Bəyanatda qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında sabit sülhə hərbi yolla və ya güc tətbiq etməklə nail olmaq olmaz.
Tərəflər arasında əldə edilmiş bütün razılaşmaların və hər şeydən əvvəl 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam şəkildə həyata keçirilməsinin sülhə doğru irəliləyiş üçün zəruri ilkin şərtlər olduğunu vurğulayır. Bununla bağlı Azərbaycan tərəfindən Laçin dəhlizi ilə təhlükəsiz hərəkətin təmin edilməsi üzrə öhdəliklərinin pozulmasını pisləyir və Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli məcburi qərarına əsasən dəhlizin blokadasına dərhal son qoymağa çağırır.
2022-ci ilin sentyabrında Ermənistan Respublikası ərazisinə qarşı Azərbaycanın keçirdiyi genişmiqyaslı hərbi təcavüzü, habelə 2021-ci ilin may ayından etibarən Ermənistan ərazisinə hərbi hücumları qəti şəkildə pisləyir. Azərbaycan hakimiyyətini də Ermənistan ərazisinin bütün hissələrindən dərhal geri çəkilməyə çağırır.