ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin təxminən üç aya yaxındır ki, normal hərəkət üçün bağlı olan Laçın dəhlizinin ön hissəsində olub. Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Syunik icra hakimiyyətinin başçısı Robert Qukasyan səfir Kvinə Laçın dəhlizinin blokadasının nəticələrini təqdim edib.
Qukasyan blokadadan zərərçəkənlərə dövlətin göstərdiyi dəstəyə də toxunub.
Səfir Kvin ABŞ dövlət katibi Blinkenin Laçın dəhlizinin dərhal yenidən açılmasına çağırışını təkrarladı”, - səfirliyin bəyanatında deyilir.