Amerikalı erməni musiqiçi, System of a Down qrupunun solisti Serj Tankyan ABŞ-ın Azərbaycana qarşı sanksiyalar tətbiq etməmək siyasətini tənqid edib.
“Bir diktatorun rəhbərlik etdiyi terrorçu dövləti Avropaya neft satdığı və ya İsrail üçün İrana qarşı bazaları olduğu üçün cəzalandırmaq fikrində deyilsinizsə, bu, problemdir. Bu, Əliyevə etnik təmizləmə planını həyata keçirmək üçün inam verir. Belə olan halda Ukraynaya olduğu kimi Ermənistana da silah verin”, – Tankyan Twitter mikrobloqunda yazıb.