ABŞ konqresmeni Frank Palon Dövlət Departamentinin Azərbaycanla bağlı mövqeyini alqışlayıb və eyni zamanda tənqid edib.
“Dövlət Departmenti haqlı olaraq Əliyevi Laçın dəhlizinin qanunsuz blokadasını dayandırmağa çağırıb, lakin onların Azərbaycana qarşı sanksiyaları açıq şəkildə istisna etmələri məyusedicidir. Əliyev öz sui-istifadələrini dayandırana və beynəlxalq qanunlara əməl edənə qədər bütün variantlar masada qalmalıdır”, - Palon Twitter mikrobloqunda yazıb.