Rusiya Müdafiə Nazirliyinin bülletenində Rusiyanın sülhməramlı qoşunlarının bölgədə olması nəzərə alınmaqla, martın 5-də baş vermiş insidentlə bağlı ətraflı məlumat verilib, Rusiya Xarici İşlər Nazirliyinin şərhində baş verənlərə siyasi qiymət verilib.
Bu barədə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirdi.
Zaxarovanın sözlərinə görə, bəyanatın əsas hissəsi tərəfləri təmkin nümayiş etdirməyə, gərginliyi azaltmaq üçün addımlar atmağa və Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli razılaşmaları çərçivəsində danışıqlara qayıtmağa çağırışdır.
“Hər iki tərəfin döyüşkən ritorikası əks nəticə verir. Sülh gündəminə töhvə vermir. Bakı və Yerevan üçtərəfli razılıqların bütün müddəalarını, o cümlədən Dağlıq Qarabağda təhlükəsizliyin təmin edilməsi, Laçin dəhlizindən istifadəni ardıcıl şəkildə yerinə yetirməlidir”,- deyə Zaxarova bildirdi.