Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili İnstitutunun Səbinə Əliyevanın timsalında real insan hüquqlarının müdafiəsi missiyasına sadiq qalmaq və kütləvi pozuntuları pisləmək əvəzinə, bu günlərdə Azərbaycanın Artsaxda humanitar böhrana və günahsız qurbanlara səbəb olan cinayət əməllərinə bəraət qazandırmaqla məşğul olduğunu görmək təəssüf doğurur. Bu barədə Artsax İHM Geğam Stepanyan öz “Facebook” səhifəsində yazıb.
“Artsaxı “Qarabağın iqtisadi rayonu” adlandıran və onu əsl adı ilə çağırmağa cəsarəti çatmayan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili hətta dünyanın ən yüksək məhkəməsi olan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınan Dağlıq Qarabağın mövcudluğuna məhəl qoymur. Səbinə Əliyevanın Artsax ermənilərinin fundamental hüquqlarını inkar edən bu qəsdən yanaşması bir daha sübut edir ki, Artsaxın qondarma “reinteqrasiya”sı birbaşa Artsaxın yerli xalqının etnik təmizlənməsinə və soyqırımına yol açacaq.
Səbinə Əliyeva bu cür absurd və siyasiləşmiş bəyanatları ilə hüquq müdafiəçisi institutunu və onun əsl məqsədini gözdən salır. O, qərəzsiz və ədalətli qurum olmaq əvəzinə, öz mandatından Azərbaycan dövlətinin təbliğat maşınının maraqlarına xidmət etmək üçün istifadə edir, Əliyev avtoritar rejiminin alətlər dəstində daha bir alətə çevrilir.
İnsan Hüquqları üzrə Müvəkkilinin mandatının resurslarını Artsax haqqında yalan məlumatların yayılmasına sərf etmək əvəzinə, mən Səbinə Əliyevanı Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyəti və onların geniş miqyasda pozulması ilə yaxından tanış olmağa, həmçinin AİHM və Beynəlxalq Cinayət Məhkəməsinin Azərbaycana aid edilən bir çox qərar və tədbirlərinin lazımi qaydada icrası məsələləri ilə məşğul olmağa çağırıram.
Həmçinin beynəlxalq təşkilatların diqqətini Azərbaycanın İsan Hüquqları üzrə Müvəkkilinin insan hüquqlarını qorumaqdan uzaq və əksinə, insanların fundamental hüquqlarının pozulmasına haqq qazandırmaq üçün istifadə edilən fəaliyyətinə cəlb edirəm”, - deyə Stepanyan yazıb.