Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Artsaxda baş verən son hadisələrdən narahatlığını bildirib.
“Son ölümcül toqquşma və atışma ilə bağlı yeni məlumatlardan son dərəcə narahatıq. Zorakılığa heç bir bəhanə yoxdur. bütün məsələlər yalnız danışıqlar yolu ilə həll edilməlidir. Bölgə hərbi əməliyyatlardan çox zərər çəkib. İndi davamlı və ədalətli sülh üçün birlikdə işləməyin vaxtıdır”, - Klaar “Twitter” mikrobloqunda yazıb.