Vaşinqton Gürcüstan xalqının yanında olduğunu, amma Tbilisidə hökumətin öz əhalisinin istəklərinə nəzərə alacağına ümid etdiyini bildirib.
"Biz Gürcüstan xalqını və onun istəklərini dəstəkləyirik", deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays gündəlik brifinqdə bildirib.
"Gürcüstan hökumətini dinc toplaşmaq və dinc etiraz azadlığına hörmət etməyə çağırırıq", - deyə o bildirib.
"Biz bütün tərəfləri təmkinli olmağa və istənilən gərginlikdən və ya zorakılıqdan yayınmağa, qanunun aliliyinə və Gürcüstanın demokratik dəyərlərinə riayət etməyə çağırırıq",- Prays bildirib.