ER xarici işlər naziri Ararat Mirzoyan Qahirədə Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Xəlifə Şahen Əl-Marar ilə görüşüb.
TərəfləeErmənistan-BƏƏ ikitərəfli gündəliyi ilə bağlı məsələlərə toxunub, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə edilib.
Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə toxunan nazir vurğulayıb ki, Azərbaycan tərəfi davamlı təxribatları və ekstremist iddiaları ilə regionda sülh və sabitliyin bərqərar olması səylərinə meydan oxuyur.
XİN başçısı Azərbaycan tərəfindən Laçin dəhlizinin bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar vəziyyəti təqdim edib və ilkin şərt olmadan dəhlizin blokadasının açılmasının vacibliyini vurğulayıb.
Bu kontekstdə Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də Azərbaycana qarşı təxirəsalınmaz tədbirlərin tətbiqi ilə bağlı qəbul etdiyi hüquqi qüvvəyə malik qərarın icrası vurğulanıb.