Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 8-də Qahirədə Livanın xarici işlər naziri Abdullah Bu Həbib ilə görüşüb.
Həmsöhbətlər Ermənistan-Livan münasibətlərinin ümumi tarixə, çoxəsrlik dostluğa və mədəni ümumiliyə əsaslandığını məmnunluqla qeyd edərək, erməni icmasının Livanın ictimai-siyasi həyatına verdiyi töhfəni də vurğulayıblar.
Görüşün gündəliyinə regional təhlükəsizlik və sabitlik məsələləri də daxil edilib.
Nazir Mirzoyan Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti və mövcud çağırışlar kontekstində Azərbaycanın dini amillə bağlı spekulyasiyalarını, eləcə də Ermənistanla erməni xalqı və ərəb dünyası arasında ənənəvi isti münasibətləri pozmağa əsassız cəhdləri qəbuledilməz hesab edib.
Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhrana toxunan Ararat Mirzoyan fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycana qarşı təxirəsalınmaz tədbirlərin tətbiqi ilə bağlı çıxardığı qərarın icrasının vacibliyini qeyd edib.