Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə nümayəndəsi Toivo Klaar Aİ-nin sülh prosesindəki roluna və Rusiya Xarici İşlər Nazirliyinin bu rola reaksiyasına toxunub. “Moskva niyə belə reaksiya verir?” sualına cavab olaraq Klaar belə deyib:
“Siz bu barədə ruslardan soruşmalısınız. Biz bütün səylərimizi göstərərək ruslara vurğulamağa çalışmışıq ki, Aİ üçün bu, bir növ, geosiyasi oyun deyil. Xanım Zaxarovanın deməyi xoşladığı kimi. Aİ üçün bu, qonşularımız olan Ermənistan və Azərbaycana münaqişə irsini aradan qaldırmaqda, onun öhdəsindən gəlməkdə kömək etməkdən ibarətdir. Yeganə marağımız budur. Cənubi Qafqaz həm də Aİ-nin qonşuluğundadır və bu regionda sülh, sabitlik və firavanlıq tamamilə bizim marağımıza uyğundur. Çünki qonşularımız daha yaxşı vəziyyətdədirsə, biz bir o qədər yaxşıyıq və bu, bu qədər sadədir. Mən şad olardım ki, Moskvada da bunu başa düşsünlər ki, əgər, əslində, eyni məqsədimiz varsa, biz bunu, bir növ, rəqabət kimi görməkdənsə – hansı ki bu Aİ-nin perspektivindən uzaq bir yanaşmadır – bir-birimizin səylərini tamamlaya bilərik”.