Artsax XİN-i Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata münasibət bildirib.
“Martın 7-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb ki, guya həmin gün Rusiya Federasiyası sülhməramlılarının müşayiəti ilə Ermənistan Respublikası SQ-nin hərbi texnika kolonu Stepanakert-Lisagor yolundan keçib.
Qeyd edirik ki, Azərbaycan MN-nin yaydığı məlumat həqiqətə uyğun deyil. Bu məlumat Azərbaycan tərəfinin beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş növbəti dezinformasyasıdır.
Azərbaycanın hakimiyyətləri Ermənistandan Artsaxa “minaların ötürülməsi” ilə bağlı da belə dezinformasiyalar yayıblar, lakin fevralın 22-də Beynəlxalq Ədalət Məhkəməsi bu yalanı yüksək səviyyədə rədd edib.
Eyni zamanda, görünən odur ki, Azərbaycan hakimiyyəti bu yolla beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan silahlı qüvvələrinin martın 5-də həyata keçirdiyi terror əməliyyatından, Artsax xalqına qarşı davam edən terror və etnik təmizləmə siyasətindən yayındırmağa,eləcə də mümkün yeni təxribatlar üçün zəmin hazırlamağa çalışır”,- bəyanatda deyilir.