Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası postsovet məkanında öz yerini möhkəmlətmək cəhdidir.
Bunu Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin səlahiyyətlərini icra edən Kiril Loqvinov deyib.
O qeyd edib ki, Aİ missiyasının Ermənistanda fəaliyyətə başlaması Rusiyanın vasitəçiliyi ilə əldə olunan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin nəticələrindən istifadə edərək, postsovet məkanında öz yerini möhkəmlətmək cəhdidir.
Loqvinovun sözlərinə görə, Ermənistana Aİ mülki missiyasının göndərilməsində əhəmiyyətli dərəcədə anti-Rusiya əlamətləri var.
“Ölkəmizin Qafqazda təhlükəsizliyin təminatçısı kimi tarixi rolunu neytrallaşdırmaq istəyirlər”, - o deyib.