ER Baş naziri Nikol Paşinyan bu gün Amerikanın “Microchip Technology” şirkətinin vitse-prezidenti Brüs Veyeri və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baş nazir “Microchip Technology” mikroelektronika istehsalçısının Ermənistana daxil olmasını alqışlayıb.
Nikol Paşinyan qeyd edib ki, İT sektorunun inkişafı ER hökumətinin prioritetlərindən biridir və bu strateji sektorda davamlı artım qeydə alınır.
Görüşdə yüksək və informasiya texnologiyaları sahəsində qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsi aparılıb.
Baş nazir hökumətin iqtisadi islahatlar gündəliyinə toxunub.
Brüs Veyer öz növbəsində qeyd edib ki, “Microchip Technology” şirkəti uzunmüddətli əməkdaşlıqda maraqlıdır və kosmik tədqiqatlar sahəsində tərəfdaşlığı perspektivli hesab edir.