ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Cənubi Qafqaz üzrə xüsusi komissar, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokefonu qəbul edib.
Həmsöhbətlər Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış ağır humanitar vəziyyəti müzakirə ediblər. Tərəflər Beynəlxalq Ədalət Məhkəməsinin Laçın dəhlizinin açılması ilə bağlı qəbul etdiyi hüquqi qüvvəyə malik qərarın icrasının zəruriliyini vurğulayıblar.
Təhlükəsizlik Şurasının katibi həmsöhbətinin diqqətini martın 5-də Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi terror aktına yönəldib, Dağlıq Qarabağda və Laçın dəhlizində beynəlxalq mövcudluğun zəruriliyini vurğulayıb.