Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Lui Bononu qəbul edib.
Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesindəki son hadisələri müzakirə ediblər.
Laçın dəhlizinin Azərbaycan tərəfindən qeyri-qanuni blokadaya alınmasına və onun nəticələrinə toxunulub, bu çərçivədə Təhlükəsizlik Şurasının katibi Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsinin zəruriliyini vurğulayıb.