“Biz martın 5-də Dağlıq Qarabağda baş verən atışma ilə bağlı xəbərləri izləyirik. Münaqişənin hərbi yolla həlli ola bilməz və mübahisələrin həlli üçün gücdən istifadə etmək heç vaxt qəbuledilməzdir. Sülhü qorumağın yeganə yolu danışıqlar masasına oturmaqdır və gücdən istifadə etməsi danışıqlara xələl gətirir”,- deyə Prays qeyd etdi.
Prays qeyd etdi ki, Amerika istər ikitərəfli, istər üçtərəfli, istərsə də çoxtərəfli formatda davamlı sülhün təmin edilməsi üçün səylərin təşviqində tərəfdaş olmağa davam etməyə hazırdır.