Rusiya prezidenti Vladimir Putin və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib.
Birgə infrastruktur layihələrinin həyata keçirilməsi də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Prezidentlər gələcək təmasları davam etdirmək barədə razılığa gəliblər.