Rusiya Federasiyasının Müdafiə Nazirliyi Azərbaycan diversiya qrupunun Artsax polisinin avtomobilinə hücumuna münasibət bildirib.
“2023-cü il martın 5-də saat 10:00-da Dükanlar qəsəbəsi ərazisində Azərbaycan Respublikası silahlı qüvvələrinin hərbçiləri Dağlıq Qarabağın hüquq-mühafizə orqanlarının əməkdaşlarının olduğu avtomobili atəşə tutublar.
Toqquşma nəticəsində avtomobildə olan 3 nəfər həlak olub, bir şəxs isə yaralanıb. Azərbaycan tərəfdən isə, 2 ölü, bir yaralı olub. Rusiya sülhməramlılarının səyləri ilə toqquşma dayandırılıb.
Bu faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”.