Türkiyədə zəlzələlər zamanı uçan yaşayış binaları ilə bağlı cinayət işi üzrə 247 nəfər həbs edilib.
Təbii fəlakət zonasında yerləşən əyalətlərin prokurorluq orqanlarının qərarları ilə fevralın 6-dan indiyədək dağıdılmış binaların tikintisində iştirakda şübhəli bilinən 997 nəfər saxlanılıb.
Saxlanılanlardan 247-si həbs edilib, 322 şübhəli isə polis nəzarətinə verilib.
Bundan başqa, 198 şübhəlinin tutulması və 102 nəfərin həbsi üçün order verilib.