Martın 5-də Artsax Respublikasının Şuşi rayonunun işğal olunmuş ərazilərində yerləşən Azərbaycan mövqeləri istiqamətində Müdafiə Ordusunun bölmələrinin guya atəş açması barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır.
Bu barədə Artsax Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəbər verdiyimiz kimi, martın 5-də Azərbaycan silahlı qüvvələrinin diversiya qrupu “Xaypalu” adlanan ərazidə Stepanakertdən yola düşən Polisin Pasport və Viza şöbəsinin avtomobilini hədəf alaraq atəşə tutmuşdur. Nəticədə 3 polis əməkdaşı həlak olub, 1 polis əməkdaşı yaralanıb.