ABŞ-ın Ermənistandakı səfirliyi “Facebook”da aşağıdakı yazı ilə video yayımlayıb.
“İki həftə əvvəl Yerevana gələn ABŞ-ın Ermənistandakı 10-cu səfiri Kristina Kvin ilə tanış olun.
Bu qısa videoçarxda səfir ermənilərin məskunlaşdığı Kaliforniya şəhəri haqqında danışır, Dağlıq Qarabağdan olan köçkün ailələri ilə ilk görüşündən danışır və Ermənistanın tarixi və mədəniyyəti ilə tanış olmaq üçün Yerevana səfər edə bildiyi yerləri təqdim edir.
Səfir həmçinin Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, erməni-amerikan münasibətlərinin möhkəmləndirilməsi, Ermənistanın parlaq və firavan gələcəyinin qurulmasına töhfə vermək səylərini dəstəkləmək istəyindən danışır”.