Martın 2-də və martın 2-dən 3-nə keçən gecə Azərbaycan silahlı qüvvələrinin Artsax Respublikasının Askeran, Martakert və Martuni rayonlarının işğal olunmuş ərazilərində yerləşmiş bölmələri atıcı silahlardan istifadə etməklə atəşkəs rejimini pozublar.
Artsax Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, Ermənistan tərəfində itki yoxdur.
Atəşkəsin pozulması barədə Rusiya sülhməramlı qoşunlarının komandanlığına məlumat verilib. Hazırda təmas xəttində vəziyyət nisbətən sabitdir.