Yeni Dehlidə G20 xarici işlər nazirlərinin görüşü başlayıb.
Hindistanın xarici işlər naziri açılış nitqi ilə çıxış edərək, G20 ölkələrinin nümayəndələrinin ciddi böhran məsələlərində çox fərqli fikirlərə malik olmasından narahatlığını ifadə edib.
“Dünya gözləyir ki, biz ortaq dil tapacağıq. Söhbət koronavirus, davam edən münaqişələrin təsiri, iqlim dəyişikliyi və digər məsələlərdən gedir”, - deyə Subramanyam Caişankar bildirib.
Hindistanın Baş naziri Narendra Modi də G20 üzv olan ölkələrini Hindistanın sivilizasiya ruhundan ilhamlanmağa və bölmək əvəzinə birləşdirən mövzulara diqqət yetirməyə çağırıb.