Azərbaycanda İranın və Rusiyanın səfirləri Seyid Abbas Musəvi və Mixail Boçarnikov Cənubi Qafqazdakı son inkişafları müzakirə ediblər.
Bu barədə ISNA agentliyi məlumat yayıb.
Görüş zamanı “3+3” formatı, regiondakı mübahisələrin sülh yolu ilə nizamlanması, iqtisadi sahədə iki ölkə arasındakı əməkdaşlığı və Şimal-Cənub Dəhlizi ilə bağlı məsələlərə toxunulub.