Rusiyanın Bryanski bölgəsi Ukrayna təxribatçıları ilə qarşıdurmalar aparılır. Bu barədə “ТАСС” məlumat verdi.
“RİA Novosti”-nin məlumatına görə, Lubeçan kəndində dükanlardan birində bir neçə nəfər girov götürüldü. .
Daha əvvəl Bryansk rayonunun icra hakimiyyət başçısı Aleksandr Bogomaz iki kəndə qarşı hücumu barədə məlumat verdi. Onun sözlərinə görə, Ukrayna təxribatçıları maşınlardan birini atəşə tutub, nəticədə bir nəfər ölüb, biri yaralanıb.
"Rusiya Federasiyasının silahlı qüvvələri təxribatçı qrupun aradan qaldırılması üçün bütün lazımi tədbirləri görürlər",- deyə bəyanatda bildirilib.