Moldova rəhbərliyi Dnestryanıda münaqişənin yenidən başlanmasına imkan verməyəcək.
“Biz Dnestryanı bölgə ətrafında vəziyyətin gərginləşməsinə imkan verməmək üçün ölkədə sülhün qorunması üçün səylərimizi davam etdirəcəyik. Biz qaynar başların Dnestryanı ərazini yeni hərbi münaqişə teatrına çevirməsinə imkan verməyəcəyik”, - deyə Sandu bildirib.
Daha əvvəl Moldovanın baş nazirinin müavini, xarici işlər naziri Niko Popesku Moskvanı Dnestryanıdan hərbçiləri çıxarmağa çağırıb. O, həmçinin Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dnestryanı yaxınlığında Ukrayna silahlı qüvvələrinin və hərbi texnikasının əhəmiyyətli miqdarda yığılması barədə bəyanatını da təkzib edib. Rusiya Müdafiə Nazirliyi Ukraynanın Dnestryanıya qarşı hücuma hazırlaşdığını açıqlayıb.