ER maliyyə naziri Vahe Hovhannisyan bu gün ABŞ-ın Ermənistana yeni təyin olunmuş səfiri Kristina Alison Kvini qəbul edib.
Nazir Ermənistanın hazırkı iqtisadi vəziyyətini səfirə təqdim edib. Vahe Hovhannisyan Ermənistan-Amerika qarşılıqlı investisiya mühitinin yaxşılaşdırılmasının və ticarət-iqtisadi əməkdaşlığın təşviqinin vacibliyini vurğulayıb.
Səfir Kvin Ermənistan-Amerika əməkdaşlığının dərinləşməsini və onun davamlı olaraq genişlənməsini yüksək qiymətləndirib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.