Fevralın 28-də Romada Ermənistan və İtaliya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub. Ermənistan tərəfdən məsləhətləşmələri xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirieli aparıb.
Nazir müavini Paruyr Hovhannisyan regiondakı mürəkkəb təhlükəsizlik vəziyyətini və Ermənistanın sülhün bərqərar olunmasına sadiqliyini və səylərini təqdim edib.
Nazir müavini Laçın dəhlizinin davam edən blokadasının ağır humanitar nəticələrini qeyd edib və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarının icrasının əhəmiyyətini vurğulayıb.