Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-2-də Azərbaycana səfər gələcək.
Bu barədə Özbəkistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Mirziyoyevin Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısının plenar iclasında iştirakı nəzərdə tutulur.
Özbəkistan Prezidentinin Bakıda dövlət və hökumət rəsmiləri ilə də görüşlər keçirəcəyi planlaşdırılır.